"Cari il ərzində 399 nəfərin readmissiyası həyata keçirilib".
APA xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda keçirilən mediatur çərçivəsində məlumat verib.
O bildirib ki, geri qəbul olunan şəxslərin 306 nəfəri əsasən Avropa İttifaqına üzv dövlətlərdən Azərbaycana qaytarılan Azərbaycan vətəndaşları olub:
“Bundan əlavə, yaxın vaxtlarda növbəti readmissiya tədbirinin çarter reysi vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Bu barədə yekun qərar qəbul edildikdən sonra ictimaiyyətə rəsmi məlumat veriləcək.
Ümumilikdə isə bu proses davamlı xarakter daşıyır və mütəmadi olaraq həyata keçirilir”.