Bu il əlilliyi olan şəxslərə 1500-ə qədər reabilitasiya vasitəsi verilib

Bu il əlilliyi olan şəxslərə 1500-ə qədər reabilitasiya vasitəsi verilib
# 04 oktyabr 2024 16:15 (UTC +04:00)

Əlilliyi olan şəxslərin səyyar formada reabilitasiya vasitələri ilə təminatı işləri davam etdirilir.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu dəfə paytaxtın Lökbatan və Sulutəpə qəsəbələri və Sumqayıt şəhərində yaşayan bir qrup əliliyi olan şəxsi ehtiyac duyduqları reabilitasiya vasitələri ilə evlərində təmin edib. 15 nəfər əlilliyi olan şəxsə mühərrikli təkərli oturacaq, ortopedik ayaqqabı, əsa, dördayaqlı dayaq vasitəsi və s. olmaqla ümumilikdə 32 reabilitasiya vasitəsi təqdim edilib.


Qeyd edilib ki, bu il müxtəlif regionlar üzrə 300 nəfərə yaxın əlilliyi olan şəxsə 1500-ə qədər reabilitasiya vasitəsi yaşadıqları ünvanlara aparılaraq verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR