Bank Of Baku

Bu ilin ilk Günəş tutulması olub - YENİLƏNİB

Bu ilin ilk Günəş tutulması olub - YENİLƏNİB
# 29 mart 2025 16:47 (UTC +04:00)

2025-ci ilin ilk Günəş tutulması başa çatıb.

APA xəbər verir ki, tutulma hadisəsi bu gün Bakı vaxtı ilə saat 12:50:35-də başlayıb və 16:43:25-də sona çatıb.

Qeyd edək ki, tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edib.

Təbiət hadisəsi Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanın əhatə edib.

***

12.58

Bu ilin ilk Günəş tutulması başlayıb.

Bu barədə APA-ya Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından xəbər verilib.

Bildirilib ki, tutulma bu gün 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq.

Qeyd edək ki, bu, qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR