“Düz 31 ildir bu günü gözləyirdik. Cəbrayıldan çıxanda 21 yaşım var idi”.
Bu sözləri APA-ya açıqlamasında doğma yurduna qayıdan Cəbrayıl sakini Emin Məmmədov söyləyib.
O, xoş təəssürat hissi ilə Cəbrayıla getdiyini deyib.
“Təbii ki, ordan çıxanda ağrılı-acılı olub. Bu günümüzə şükür. Xoş hisslərlə rayonumuza qayıdırıq”.