Bank Of Baku

Cəbrayıl şəhərinə köçürülən sakinlərdən 30-dək şəxsin məşğulluğu təmin olunub

Cəbrayıl şəhərinə köçürülən sakinlərdən 30-dək şəxsin məşğulluğu təmin olunub
# 04 oktyabr 2024 11:22 (UTC +04:00)

İşğaldan azad olunmuş yurd yerlərimizə Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində Cəbrayıl şəhərində də sakinlər aktiv məşğulluq tədbirləri ilə əhatə olunurlar.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ilk mərhələdə həmin sakinlərin məşğulluq imkanları qiymətləndirilir və onların hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.

Cəbrayıl şəhərinə köçürülən sakinlərdən artıq 29 nəfərin məşğulluğu təmin olunub.

Onlar münasib vakansiyalar üzrə işlə təmin ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR