Bank Of Baku

Cəlilabadda otlaq sahəsindən silah-sursat aşkarlanıb

Cəlilabadda otlaq sahəsindən silah-sursat aşkarlanıb
# 25 yanvar 2025 18:49 (UTC +04:00)

Cəlilabad rayon Günəşli kəndi ərazisindəki otlaq sahəsində silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "Kalaşnikov" konstruksiyalı avtomat, həmin silaha aid patron darağı və 29 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR