Cəlilabad rayonunda zəlzələ olub.
APA xəbər verir ki, bu barədə AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Məlumata əsasən, bu gün saat 19:03-də Cəlilabad stansiyasından 14 km şərqdə, Cəlilabad rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub.
Təkanların maqnitudası 3.6 olub. Zəlzələ ocağı 36 km. dərinlikdə yerləşib.