Paşha Bank
Bank Of Baku

Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər

Ceyhun Məmmədov, Milli Məclisin deputatı

© APA | Ceyhun Məmmədov, Milli Məclisin deputatı

# 30 sentyabr 2026 12:06 (UTC +04:00)

Azərbaycanda ailə institutu sıradan çıxa bilər.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat ayrıca Təhsil Məcəlləsi qəbul olunmasını təklif edib: “Milli-mənəvi dəyərlərin qorunması üçün hüquqi baza yaradılsın: “Həmçinin ailə dəyərləri də qorunmalıdır. Ailə dəyərlərinin qorunması ilə bağlı ayrıca qanunun hazırlanmasını təklif edirəm. Bu gün Azərbaycanda ailə dəyərləri tənəzzülə doğru gedir. Bu proseslərin qarşısının alınması əlavə qərar və qanunların qəbul edilməsinə ehtiyac var. Proseslər bu templə davam etsə gələcəkdə Azərbycanda ailə institutu tamamilə sıradan çıxa bilər”.

Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, Azərbaycanda ailə dəyərlərinin belə qısa zamanda sıradan çıxması ilə bağlı pessimist yanaşmanı qəbul etmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR