“COP29-un keçirilməsinə 41 gün qalıb, bu tədbiri birlikdə ərsəyə gətirəcəyik”.
APA xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günü çərçivəsində “Azərbaycanın enerji keçidi” panelində çıxışı zamanı COP28 Enerji keçidinin direktoru Abdulla Malek deyib.
O bildirib ki, ənənəvi yanacaq mənbələrindən qeyri-ənənəvi enerjiyə keçid asan deyil:
“Biz alternativ yanacaq mənbələri tapmalıyıq. Bərpa olunan enerjilərin səmərəliliyi haqqında düşünməliyik. Biz bunu 2030-cu ilə qədər etməliyik. Bərpa olunan enerji mənbələri ilə bağlı sürəti artırmalıyıq. Nəzərdə tutulan hədəflərə real vaxtda nail olmalıyıq. Bərpa olunan enerjilər ötürülə biləndir. Onların səmərəliliyinə nail olmaq üçün bizim enerji dayanıqlılığımız olmalıdır. COP29-da əsas diqqət yaşıl enerjinin saxlanması məsələsinə yönəlib. Yaşıl dəhliz olmadan məqsədlərə nail ola bilmərik. Ona görə elə etməliyik ki, vacib olan infrastrukturu quraq”.