COP29 zamanı "Azercell" və "Azerconnect" bir-birinin infrastrukturundan istifadə edəcək

COP29 zamanı "Azercell" və "Azerconnect" bir-birinin infrastrukturundan istifadə edəcək
# 30 sentyabr 2024 17:16 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında “Azercell” və “Bakcell” “Azerconnect”in qüllələri üzərində öz baza stansiyalarını quraşdırır.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İnformasiya və Kommunikasi Texnologiyaları Agentliyinin İdarə Heyətinin sədri Nail Mərdanov deyib.

O, bildirib ki, “Azercell” COP29-la əlaqədar Olimpiya Stadionu ərazisində də müxtəlif işlər görür:

“”Azercell” öz stansiyalarını “Azərconnect”in qüllərindən, “Azerconnect” “Azercell”in qüllərindən asır. Sadəcə geniş ictimaiyyət bu barədə məlumatsız olur. Ona görə də bəziləri bizə yazıb irad bildirir ki, Azərbaycanda aktiv və passiv elementlərdən istifadə üçün şərait yaradılmır. Amma belə deyil. Əslində bunun hüquqi bazası var. Məsələn, aktiv və passiv elementlərdən istifadə üçün lisenziya müqaviləsi formasında normativ hüquqi sənəd var. Lazımi şərtlər orda göstərilir. Ona əsasən də provayderlər öz işlərinin qurulmasında bir-birilərinin infrastrukturundan geniş istifadə edirlər. Sadəcə bu istiqamətdə məlumatlandırma genişləndirilməli və maarifləndirmə istiqamətində geniş tədbirlər aparılmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR