Daxili işlər orqanlarında xidmət edən əməkdaşların 10%-ni və ya 3938 (üç min doqquz yüz otuz səkkiz) nəfərini qadınlar təşkil edir.
APA xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.
Statistik məlumata görə, onlardan 72-si rəhbər vəzifələrdə çalışır.
Qeyd olunub ki, 2020-ci ildə DDaxili işlər orqanlarında xidmət edən qadın əməkdaşların sayı 2658 nəfər təşkil edirdisə, 2021-ci ildə bu rəqəm 3938-ə çatıb. Bu da 48,2% artım deməkdir.