Bank Of Baku

Deputat: Hər il artan büdcə ilə təhsil beləmi olmalıdır, niyə vəsaitin haralara xərcləndiyi açıqlanmır?

Deputat: Hər il artan büdcə ilə təhsil beləmi olmalıdır, niyə vəsaitin haralara xərcləndiyi açıqlanmır?
# 14 noyabr 2023 12:51 (UTC +04:00)

“Biz qara qızılımızı kapitala çevirməyi qarşımıza məqsəd qoymuşuq. Bunun üçün elm və təhsilə diqqət ayırmalıyıq. Hər bir valideynin övladının təhsilinə illik xərclədiyi pul dövlətin 1 şagirdə xərclədiyi vəsaitdən 3-4 dəfə çoxdur”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Etibar Əliyev deyib.

Deputat bildirib ki, şagirdlərin dərsdən yayınması gələcəkdə fəsadlara gətirib çıxaracaq: “Bir çox abituriyent 0-50 bal yığır, bu, savadsızlıqdır. Hər il artan büdcə ilə təhsil, diaqnostik qiymətləndirmə, sertifikasiya imtahanları nəticəsində əməkhaqqı artımları və büdcədən ilbəil artan vəsaitin nəticəsi beləmi olmalıdır? Niyə dövlət büdcəsindən ayrılan vəsaitlərin məktəbəqədər təhsil və orta təhsil üzrə rayonlar üzrə bölgüsü, haralara xərcləndiyi açıqlanmır? Bəlkə ayrılan vəsaitin 80 faizi Bakıya aiddir? Struktur islahatları elmin maliyyələşməsində, elm xərclərinin nəticəlliyinin və səmərəliliyinin yüksəldilməsində hansı dəyişikliklərə səbəb olacaq və bu dəyişikliklər hansı mexanizmlər sayəsində mümkün olacaq?

Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın fikirləri iə razılaşmayıb.

“Siz elə danışdınız ki, elə bil ölkədə təhsil yoxdur. Axı belə deyil. Heç olmasa tikilən yeni binalardan, islahatlardan danışın. Özünüz təhsildən gəlmiş adamsınız. Bilirsiniz ki, təhsil sahəsində islahatlar 1 ilə, 2 ilə nəticə verə bilməz”, - deyə spiker bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR