Bank Of Baku

Deputat: İlkin səhiyyə xidmətinin gücləndirilməsi aktual olaraq qalır

Soltan Məmmədov, Milli Məclisin deputatı

© APA | Soltan Məmmədov, Milli Məclisin deputatı

# 17 iyun 2026 12:44 (UTC +04:00)

İlkin səhiyyə xidmətinin gücləndirilməsi bu gün də aktual olaraq qalır.

APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Psixiatriya yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Soltan Məmmədov deyib.

Soltan Məmmədov bildirib ki, bu gün icbari tibbi sığorta çərçivəsində həm xidmətlər zərfi genişləndirilir, həm xidmətlərin keyfiyyətinə nəzarət gücləndirilir, eyni zamanda əlçatanlığın artırılması istiqamətində çoxsaylı işlər görülür: “Hazırda həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları tərəfindən səhiyyə xidmətlərinin genişləndirilməsi üçün böyük işlər həyata keçirilir. Ancaq ilkin səhiyyə xidmətinin və profilaktik tədbirlərin gücləndirilməsinə ciddi ehtiyac var. Çünki təqdim olunan hesabatlardan da görünür ki, xüsusilə COVID-19 pandemiyasından sonra həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə profilaktik tədbirlərə və ilkin səhiyyə xidmətinə ayrılan vəsait ümumi səhiyyə xərclərinin təxminən 20-25 faizini təşkil edir.

Düşünürəm ki, gələcəkdə də bu istiqamətdə, həm profilaktik tədbirlərin, həm də ümumilikdə ambulator xidmətlərin gücləndirilməsi üçün görülən işlərin miqyası daha da genişlənəcək. Biz hər zaman Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına əsasən, regionda profilaktik tədbirlərin həyata keçirilməsi baxımından ön sıralarda olmuşuq. Hesab edirəm ki, COVID-19 pandemiyasından sonra profilaktik tədbirlərə və peyvəndləmə proqramlarına münasibətdə müəyyən dəyişikliklər baş versə də, ilkin səhiyyə xidmətinin gücləndirilməsi bu gün də aktual olaraq qalır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR