Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL imtahanı keçirilib.
DİM-dən APA-ya verilən məlumata görə, imtahanda 10 nəfər iştirak edib və imtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Qeyd edək ki, növbəti TOEFL imtahanının oktyabrın 26-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://www.dim.gov.az/activities/exams/toefl/