DİM: İmtahanların idarə olunmasına COVID pasportu olan şəxslər cəlb ediləcək

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 08 oktyabr 2021 16:15 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların təşkili və idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində müxtəlif qurumlarda çalışan xeyli sayda əməkdaş cəlb olunur.

DİM-dən APA-ya verilən məlumata görə, koronavirus xəstəliyinin yayılması əleyhinə həyata keçirilən tədbirlərə uyğun olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların idarə olunmasına COVID-19 pasportu olan şəxslər cəlb olunacaqlar.

Dövlət İmtahan Mərkəzinin məlumat bazasında olan və müxtəlif təyinatlı imtahanlara cəlb olunan şəxslərin müvafiq pasportunun olması əvvəlcədən yoxlanılacaq və imtahanlara peyvənd (hər iki doza) və ya immunitet sertifikatı olan şəxslər dəvət olunacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR