Bank Of Baku

DİN çatdırılma şirkətləri adından göndərilən saxta mesajlara görə müraciət edib

DİN çatdırılma şirkətləri adından göndərilən saxta mesajlara görə müraciət edib
# 22 yanvar 2025 10:10 (UTC +04:00)

Daxili İşlər Nazirliyi çatdırılma şirkətləri adından göndərilən saxta mesajlara görə əhaliyə müraciət edib.

APA DİN-ə istinadən xəbər verir ki, müraciətdə deyilir:

"Çatdırılma şirkətləri adından göndərilən saxta mesajlara qarşı diqqətli olun! İtmiş məlumatlara görə çatdırıla bilməyən yük və ya bağlama olduğunu bildirən yanlış mesajlara etibar etməyin. Mesajda yönləndirilən saxta linklərə keçid etməyin.
Yeniləmə adı altında yaradılmış saxta formaları doldurmayın, şəxsi və kart məlumatlarınızı paylaşmayın".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR