Bank Of Baku

DİN-in keçirdiyi əməliyyat zamanı 22 kiloqram narkotik vasitə aşkarlanıb

DİN-in keçirdiyi əməliyyat zamanı 22 kiloqram narkotik vasitə aşkarlanıb
# 28 sentyabr 2024 11:25 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Abşeron rayonu ərazisində keçirilən növbəti əməliyyat zamanı bir nəfər saxlanılıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, saxlanılan şəxsin - 2000-ci il təvəllüdlü Əlqədir Cahangirovun idarə etdiyi “Toyota” markalı avtomobilinə baxış zamanı ümumilikdə 22 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.


Saxlanılan şəxs şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əvvəlcədən müəyyənləşdirilmiş yerdən narkotik vasitələri götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıb.


Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Ə.Cahangirovla əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR