Dövlət Komissiyası: Bakıda və rayonlarda Birinci Qarabağ müharibəsinə aid 197 naməlum məzar var

İsmayıl Axundov

© APA | İsmayıl Axundov

# 30 avqust 2021 12:03 (UTC +04:00)

“Bakı və digər şəhər və rayonlarda Birinci Qarabağ müharibəsinə aid 197 naməlum məzar var”.

APA-nın məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.

İ. Axundov bildirib ki, həmin məzarların vaxtilə GPS koordinatları çıxarılıb: “Bu həmin məzar yerlərinin yox olmaması və üzərlərində başqa qəbir, yaxud hər hansı inşaat işləri aparılmaması üçün edilib. Hazırda Hərbi Prokurorluq tərəfindən bu istiqamətdə Bakı və digər şəhər, rayonlarda intensiv şəkildə işlər aparılır. İşlərin nəticəsi barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR