Bank Of Baku

DSMF büdcəsindən əhaliyə 2,5 milyard manatdan çox ödəniş edilib

DSMF büdcəsindən əhaliyə 2,5 milyard manatdan çox ödəniş edilib
# 08 iyul 2022 10:22 (UTC +04:00)

2022-ci ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri proqnozla müqayisədə 9 faiz və ya 238 mln. manat çox olmaqla 2 mlrd. 806 mln. manat təşkil edib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, DSMF-nin sosial sığorta daxilolmalarında da artım dinamikası davam edib. Yanvar-iyun aylarında bu daxilolmalarda 12 faiz və ya 236 mln. manat artım baş verib.

Fondun xərcləri isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz və ya 120 mln. manat artaraq 2 mlrd. 591 mln. manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR