Bank Of Baku

DTX əməkdaşları “Ana harayı” abidəsini ziyarət ediblər - FOTO

DTX əməkdaşları “Ana harayı” abidəsini ziyarət ediblər - FOTO
# 26 fevral 2025 15:02 (UTC +04:00)

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları bu gün Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər.

Bu barədə APA-ya DTX-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar DTX rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

Abidənin önünə gül dəstələri düzülüb, faciə zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR