Bank Of Baku

DYP-nin texniki müayinə mərkəzlərinin iş qrafiki dəyişib

DYP-nin texniki müayinə mərkəzlərinin iş qrafiki dəyişib
# 12 fevral 2025 13:18 (UTC +04:00)

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.

APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Həmin mərkəzlər həftənin I-VI günləri saat 09:00-dan 23:00-dək, həftənin bazar və bayram günlərində isə saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Nəqliyyat vasitələrinin sahibləri və sürücülər avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xətlə əlaqə saxlaya bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR