Bank Of Baku

Əhliman Əmiraslanov: Bir çox xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunmaması narazılığa səbəb olur

Əhliman Əmiraslanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri

© APA | Əhliman Əmiraslanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri

# 30 yanvar 2025 11:08 (UTC +04:00)

İcbari tibbi sığorta ölkəmizdə uğurla həyata keçirilir və icbari tibbi sığorta ilbəil genişlənir.

APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə komitənin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da böyük işlər görür: “İcbari tibbi sığortanın tətbiqində uğurlardan danışmaqla bərabər nəzərə almaq lazımdır ki, əhalinin icbari tibbi sığortadan gözləntiləri böyükdür. Hələ də bir çox xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunmaması əhalinin haqlı narazılığına səbəb olur. Bu gün müzakirə etdiyimiz ilkin səhiyyə xidmətinin yaxşılaşdırılması üçün də xeyli işlər görülür. Ancaq bu sahənin xüsusilə bölgələrimizdə ciddi təkmilləşməyə və islahatlara ehtiyacı var".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR