Bank Of Baku

Əli Nağıyev: Bu ilin sentyabrında Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində itkin düşmüş 15-ə yaxın şəxsin qalıqları aşkarlanıb

Əli Nağıyev: Bu ilin sentyabrında Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində itkin düşmüş 15-ə yaxın şəxsin qalıqları aşkarlanıb
# 02 oktyabr 2024 10:14 (UTC +04:00)

“Cari ilin sentyabr ayında Dövlət Komissiyasına və BQXK-ya məlum olan koordinatlar üzrə Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində aparılmış işlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid sümük qalıqları aşkarlanıb”.

APA xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Əli Nağıyev bildirib ki, həmin ərazilərdə qazıntı və ekshumasiya işləri davam etdirilir: “İlkin baxışa və təhlilə əsasən, həmin ərazilərdə bir neçə kütləvi məzarlığın aşkarlanması ehtimalı böyükdür”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR