Uşaq əməyinə nəzarət ilə bağlı ƏMAS-da funksionallığın yaradılması nəzərdə tutulub.
APA xəbər veir ki, bunu bu gün DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil edilən “DOST müfəttiş” layihəsi ilə bağlı tədbirdə Risklərin idarə edilməsi və elektron audit şöbəsinin müdir müavini Aynurə Tağıyeva deyib.
O, həmçinin bildirib ki, əməkhaqqı əməliyyatlarının avtomatlaşdırılması, işəgötürənlər və işçilər üçün vahid əmək münasibətləri platformasının formalaşdırılması, insan resursları proseslərinin idarə olunması əməliyyatlarının avtomatlaşdırılması, sağlamlıq arayışlarının işçilərin şəxsi kabinetinə ötürülməsi nəzərdə tutulub.