Əmək miqrasiyasında yüksəkixtisaslı əcnəbi mütəxəssislərə üstünlük verilməsinin təmin edilməsi məqsədilə mexanizmin yaradılması nəzərdə tutulur.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.
Əsas icraçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, aidiyyəti qurumlar - Dövlət Miqrasiya Xidməti, Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyidir.
Proqram bu il icra ediləcək.