Bank Of Baku

Ermənilərin Qaradağlıda əsir götürdüyü Mirzəli Quliyevin qalıqları kəndində dəfn olunub - FOTO

Ermənilərin Qaradağlıda əsir götürdüyü Mirzəli Quliyevin qalıqları kəndində dəfn olunub - FOTO
# 26 sentyabr 2024 16:07 (UTC +04:00)

Birinci Qarabağ müharibəsində Xocavənddə əsir götürülən, 32 il sonra dəfn yeri və kimliyi müəyyən edilən Mirzəli Quliyevin nəşinin qalıqları dəfn olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, ermənilərin əsir götürdüyü Quliyev Mirzəli Müslət oğlunun nəşinin qalıqları bu gün Xocavəndin Qaradağlı kəndinə gətirilib. Kənddə şəhidlə vida mərasimi keçirilib, onun qalıqları Qaradağlı Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri iştirak ediblər.

Qeyd edək ki, Mirzəli Quliyev 1952-ci ildə Xocavəndin Qaradağlı kəndində anadan olub. Birinci Qarabağ müharibəsində kəndinin müdafiəsində iştirak edib. Erməni hərbi birləşmələri kəndi işğal edən zaman Mirzəli Quliyev əsir götürülüb.

Onun nəşinin qalıqları 32 il sonra Ağdam və Xocavənd rayonları arasında aşkarlanıb, kimliyi müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR