Bank Of Baku

Ermənistanda dağ-mədən sənayesində fəaliyyət göstərən 26 şirkət regionun ekologiyasına ziyan vurur

Ermənistanda dağ-mədən sənayesində fəaliyyət göstərən 26 şirkət regionun ekologiyasına ziyan vurur
# 16 oktyabr 2024 17:18 (UTC +04:00)

"Ermənistanda dağ-mədən sənayesi sahəsində 26 şirkət fəaliyyət göstərir və onların işi Azərbaycanın və regionun ekologiyasına ziyan vurur".

APA-nın məlumatına görə, bunu Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi Sabit Bağırov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, Ermənistan ərazisindən axaraq Araz, Bərgüşad və Oxçuçaya tkülən və bununla da Azərbaycan ərazisindən keçən çaylarla zərərli maddələr axır: "İlk növbədə bu məsələnin tənzimlənməsinə beynəlxalq konvensiyalar çərçivəsində riayət etməlidir. Azərbaycan bu konvensiyalara qoşulsa da, Ermənistan bunu etməyib. Çünki bu sənədi imzalamaq Ermənistanın üzərinə ekoloji təhlükəsizliklə bağlı bir sıra öhdəliklər qoyur. Güman edirəm ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra hər iki dövlət arasında bununla bağlı sənədlər imzalanmalı və Ermənistanda dağ-mədən sahəsində fəaliyyət göstərən 26 şirkətin məsuliyyəti artırılmalıdır. Daha bir istiqamət ekoloji təhlükəsizlik məsələsində vətəndaş cəmiyyətlərinin rolunun artırılmasıdır. Daha sonra Ermənistanda fəaliyyətdə olan xarici şirkətlərin aid olduğu ölkələrə rəsmi müraciət etməklə, hökumətlərin bu müəssisələrə ekoloji sahədə təzyiq göstərilməsini təmin etməkdən ibarətdir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR