Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 186 yoluxma halı qeydə alınıb.
APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 225 987-yə çatıb.
Son 24 saat ərzində ölkədə koronavirusdan 5 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 536 nəfərə çatıb.