Bank Of Baku

FHN-in qurumlarında Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirilib

FHN-in qurumlarında Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirilib
# 12 dekabr 2024 17:52 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin qurumlarında və regional mərkəzlərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Əvvəlcə, iştirakçılar Ulu Öndərin abidəsini ziyarət ediblər. Tədbirlər Ümummilli Lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Tədbirlərdə çıxış edənlər dünya şöhrətli siyasətçi, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə müstəsna xidmətlərindən bəhs ediblər.

O da vurğulanıb ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi müdrik daxili və xarici siyasət nəticəsində ölkəmiz beynəlxalq münasibətlər məkanında öz sözü, siyasi çəkisi olan bir dövlət kimi tanınır, qəbul edilir.

Tədbirlərin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR