Fizika üzrə “Nobel” mükafatı laureatları məlum olub.
APA “Nobelprize.org”a istinadən xəbər verir ki, John J. Hopfield və Geoffrey E. Hinton sözügedən sahə üzrə 2024-cü ilin laureatları elan edilib.
Onlar bu mükafata süni neyron şəbəkələri ilə maşın öyrənilməsini təmin edən əsas kəşflər və ixtiralara görə layiq görülüblər.
Qeyd edək ki, Con Cozef Hopfild 1933-cü ildə anadan olub, assosiativ neyron şəbəkəsi üzrə araşdırması ilə tanınan amerikalı alimdir. Ceffri Hinton isə 1947-ci ildə doğulub. O, britaniyalı-kanadalı kompüter alimi və koqnitiv psixoloqdur. Cefri Hinton da neyron şəbəkəsi üzrə araşdırmaları ilə məşhurdur.