Bank Of Baku

Füzulidə 27 Sentyabr - Anım Günü qeyd edilir - FOTO - VİDEO

Füzulidə 27 Sentyabr - Anım Günü qeyd edilir - FOTO  - VİDEO
# 27 sentyabr 2024 10:53 (UTC +04:00)

Füzuli rayonunda 27 Sentyabr - Anım Günü qeyd edilir.

APA-nın yerli bürosu xəbər verir ki, Füzuli şəhərində məskunlaşmış sakinlər 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsini anırlar.

İctimaiyyət nümayəndələri, şəhid ailələri üzvləri, müharibə iştirakçıları, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları və məktəblilər rayonun işğaldan azad edilmiş Qaraxanbəyli kəndində Vətən müharibəsi şəhidlərinin şərəfinə ucaldılmış abidə - qaya parçası önünə gəliblər.

Vətən müharibəsinin ilk şəhidlərinin qanı tökülən ərazidə ucaldılan abidə önünə əklil qoyulub. Şəhidlərin xatirəsi anılıb, ruhlarına dualar oxunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR