Bank Of Baku

Füzulidə minaya düşən şəxslərin səhhəti ilə bağlı məlumat açıqlanıb

Füzulidə minaya düşən şəxslərin səhhəti ilə bağlı məlumat açıqlanıb
# 02 avqust 2022 12:41 (UTC +04:00)

Füzulidə minaya düşən yerli minatəmizləmə şirkətinin əməkdaşlarının səhhəti ilə bağlı məlumat açıqlanıb.

Füzuli Rayon Mərkəzi Xəstəxanasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşən minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşı aldığı xəsarətlərlə bağlı olaraq saat 10:48 radələrində təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib:

"1991-ci il təvəllüdlü Rövşən Əlizadə sağ qolun qəlpə yarası, 1990-cı il təvəllüdlü Yadigar Şükürov barotravma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 1976-cı il təvəllüdlü Qılman Hüseynovun sağ ayağı amputasiya olunub. Hal-hazırda hər üçünün vəziyyəti orta ağır qiymətləndirilir", - qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR