Bank Of Baku

Gələn ildən Bakı və Bakıətrafı ərazilərdə təcili yardım yarımstansiyalarının qurulması tamamlanacaq

Gələn ildən Bakı və Bakıətrafı ərazilərdə təcili yardım yarımstansiyalarının qurulması tamamlanacaq
# 23 dekabr 2024 12:07 (UTC +04:00)

"Ölkə üzrə təcili yardım və çağrı mərkəzinin tam yenidənqurulması üçün işlər davam etdirilir".

APA xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Bakı şəhərində çağrı mərkəzi işləməzsə, ehtiyyat çağrı mərkəzi xidmətinin dövriyyəyə keçməsi üçün hazırlanan layihə planı artıq hazırdır və gələn ildən fəaliyyətə başlayacaq.

"Binədə və Zabratda əlavə təcili tibbi yardım yarımstansiyaları hazırdır. Bakı və Bakıətrafı ərazilərdə gələn ildən bütün təcili tibbi yardım yarımstansiyalarının qurulması başa çatdırılacaq", - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR