“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib - VİDEO

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib  - VİDEO
# 27 may 2024 17:54 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, nazirliyin təşkilatçılığı, Elm və Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən yarışın əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev yarışın əhəmiyyətindən danışaraq iştirakçılara uğurlar arzulayıb.

Yarışda Sumqayıt şəhərinin və Abşeron rayonunun təhsil müəssisələri iştirak ediblər.

Gərgin mübarizə şəraitində keçən yarışın yekunlarına əsasən, Sumqayıt şəhər İnternat Tipli Gimnaziyanın komandası I yerə, Abşeron rayonu Aşağı Güzdək qəsəbə 2 nömrəli tam orta məktəbin komandası isə II yerə layiq görülüb.

Qeyd edilib ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR