Gəncədə körpə doğuşdan sonra ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, iyunun 22-də şəhər sakini T.P vaxtından əvvəl doğuş üçün Perinatal Mərkəzə gətirilib.
Qeysəriyyə əməliyyatı ilə doğulan körpənin vəziyyəti yaxşı olmayıb. Göstərilən profilaktiki tədbirlərə baxmayaraq körpə 3 gün sonra mərkəzdə ölüb.
Faktla bağlı araşdırma aparılır.