Bank Of Baku

Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilir

Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilir
# 22 oktyabr 2024 19:39 (UTC +04:00)

Gəncə Şəhər İcra Hakimiyyəti və Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin təşkilatçılığı ilə Bakı-Qazax magistral avtomobil yolunun Gəncə şəhərindən keçən hissəsində genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub.

APA-nın yerli bürosu xəbər verir ki, ağacəkmə aksiyasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, bələdiyyə sədrləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri, könüllər və şəhər sakinləri iştirak ediblər.

Qədim “İpək yolu” üzərində keçirilən aksiyanın məqsədi ictimaiyyətin diqqətini yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.

Bu gün aksiya iştirakçıları bölgənin torpaq-iqlim şəraitinə uyğun olaraq 4 min Eldar şamı əkiblər.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan ağacəkmə aksiyası üç gündür ki, davam edir. Bu müddət ərzində sözügedən ərazidə ümumilikdə 5 450 ağac əkilib. Növbəti 5 gün ərzində isə əlavə olaraq 5 000-dək ağacın əkilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, ağacəkmə aksiyasına Gəncə şəhər Kəpəz və Nizami bələdiyyələri, AMEA-nın Gəncə bölməsi, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti, SN Gəncə Tibb Kolleci, GDU-nin nəzdində Regional Kollec, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Gəncə Gömrük İdarəsi, “Gəncə Avtomobil Zavodu” İB, “Gəncə Şərab - 2” MMC, “Azəralüminium” MMC, Gəncə Mərkəzi Univermağı və digər müəssisələr töhfə veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR