Gəncədə "Zəfərin mübarək, Azərbaycan!" adlı konsert proqramı təşkil olunacaq.
APA xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib.
İcra Hakimiyyətinin təşkilatçılığı ilə noyabrın 8-də, saat 19:00-da Gəncə şəhərinin Heydər Əliyev adına meydanında (Gəncə Şəhər İcra Hakimiyyətinin İnzibati binasının qarşısı) 8 Noyabr - Zəfər Günü münasibəti ilə təşkil olunacaq konsert proqramını baş tutacaq. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.