Bank Of Baku

Geoloq-alim: Sülhməramlıların yerləşdirildiyi zonada monitorinq keçirməyimiz üçün şərait yaradılmalıdır

Əvəz Məmmədov

© APA | Əvəz Məmmədov

# 15 dekabr 2022 16:46 (UTC +04:00)

Bütün Qarabağ zonasında olan yataqlarda monitorinq keçirməyimiz üçün şərait yaradılmalıdır.

Bunu APA-nın Şuşaya ezam olunmuş əməkdaşına Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri Əvəz Məmmədov bildirib.

Geoloq-alim tələb etdikləri məsələləri diqqətə çatdırıb:

“Bizim öncədən qoyduğumuz tələb o idi ki, mis-molibden və qızıl mədənində monitorinq keçirməyimizə şərait yaradılsın. Amma ekoloqları oraya buraxmadılar. Sonradan biz də şüarlarımızı dəyişdik: bütün Qarabağ zonasında olan yataqlarda monitorinq keçirməyimiz üçün şərait yaradılmalıdır. Bütövlükdə isə, onu deyim ki, mənim bu rus sülhməramlılarına inamım yoxdur. Onları buradan çıxarmaq olar, ya yox, bilmirəm, amma mütləqdir ki, bu dəhlizdə bizim dövlət strukturları da olmalıdır”.

Əvəz Məmmədov ərazidə aparılan əməliyyatların təbiətə vurduğu ziyandan da danışıb.

“Qızıl emalı zamanı zəhərli minerallardan istifadə olunur ki, bütün bunlar ekologiya və insan həyatı üçün çox təhlükəlidir. Emal olunduqdan sonra xammal dəhliz vasitəsilə ilə Ermənistana göndərilir. Nəticədə, bizim ərazimiz, təbiətimiz zəhərlənir, amma onların cibləri dolur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR