Bank Of Baku

Göygöl DAİM-ə yeni direktor təyin olunub

Göygöl DAİM-ə yeni direktor təyin olunub
# 13 oktyabr 2022 19:21 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə nazir İnam Kərimov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Elməddin Əhmədov Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru təyin edilib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının məzunu olan Elməddin Əhmədov Göygöl Rayon İcra Hakimiyyəti və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində məsul vəzifələrdə çalışıb.

Qeyd edək ki, Göygöl DAİM-in əvvəlki direktoru Atəş Avazov bir müddət əvvəl vəzifəsindən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR