Dünən gecə saatlarından başlayan güclü qar Şamaxı, İsmayıllı və Qəbələdə fəsadlara səbəb olub.
APA-nın Şirvan bürosu xəbər verir ki, gecə saatlarından başlayan güclü qar səbəbindən Şamaxı, İsmayıllı və Qəbələdə avtomobillərin hərəkəti üçün çətinliklər yaranıb.
Bəzi yerlərdə qarın qalınlığı 70 sm.-dir. Dağlıq kəndlərdə qar səbəbindən yolların bağlanması müşahidə edilir. Qəbələnin bir neçə dağlıq kəndi ilə əlaqə kəsildiyi müşahidə olunur.
Güclü qar Şamaxı-İsmayıllı-Qaraməryəm avtomobil yolunda hərəkəti dayandırıb.
Muğanlı dolaylarında, eləcə də Basqal qəsəbəsi ərazisində avtomobillər yolda qalıb. Hazırda ərazidə müvafiq tədbirlər görülür.