Bank Of Baku

Gürcüstandan olan azərbaycanlılar Ağdamda olublar - FOTO

Gürcüstandan olan azərbaycanlılar Ağdamda olublar - FOTO
# 18 oktyabr 2024 16:48 (UTC +04:00)

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən Gürcüstanda yaşayan azərbaycanlılar Ağdamda olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, nümayəndə heyəti bu gün Ağdam şəhərində Heydər Əliyev Fondu tərəfindən bərpa və restavrasiya edilmiş “Cümə” məscidini ziyarət edib.

Axund Hacı Mehman Nəsirov ziyarətçilərə məscid haqqında əməlumat verib.

Gürcüstan Müsəlmanları İdarəsinin sədri, şeyx Hacı Ramin İgidov APA-ya bildirib ki, ermənilərin Qarabağda yaşayış evləri, tarixi abidələrlə yanaşı məscidləri də dağıtdıqlarının şahidi olublar. O, bunu bəşəriyyətin ən azğın cinayəti hesab etdiyini bildirib.

Qeyd edək ki, səyyahlar Ağdam şəhərindən Gürcüstana yola düşüblər.

Onlar bu gün Xankəndi şəhərində, bir gün əvvəl isə Şuşada olublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR