Bank Of Baku

Gürcüstandan olan bir qrup azərbaycanlı Xankəndiyə səfər edib - FOTO - YENİLƏNİB

Gürcüstandan olan bir qrup azərbaycanlı Xankəndiyə səfər edib - FOTO  - YENİLƏNİB
# 18 oktyabr 2024 14:19 (UTC +04:00)

Gürcüstanda yaşayan bir qrup azərbaycanlının işğaldan azad edilmiş ərazilərə səfəri davam edir.

APA-nın yerli bürosu xəbər verir ki, nümayəndə heyəti bu gün Xankəndi şəhərində olub.

Qonaqlara şəhər haqqında ətraflı məlumat verilib. Nümayəndə heyəti Qarabağ Universitetində olub. Onlar universitetdə tələbələr üçün yaradılmış şəraitlə tanış olaraq xatirə şəkli çəkdiriblər.

Gürcüstandan olan Əməkdar jurnalist Nizami Məmmədzadə müəllifi olduğu bir neçə kitabı universitetin kitabxanasına hədiyyə edib.

Qeyd edək ki, heyət səfər proqramına uyğun olaraq bu gün Ağdam şəhərinə səfər edəcək.

***

11.43

Gürcüstanda yaşayan bir qrup azərbaycanlının işğaldan azad edilmiş ərazilərə səfəri davam edir.

APA-nın yerli bürosu xəbər verir ki, nümayəndə heyəti bu gün Xankəndi şəhərinə səfər edib.

Qeyd edək ki, heyətin səfəri dünən başlayıb və ilk olaraq Şuşa şəhərinə səfər edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR