Hacıqabulda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Pirssat kəndinin ərazisində baş verib.
Belə ki, yolda hərəkət edən avtomobil yolu keçən Şirvan sakini, 1959-cu il təvəllüdlü Asudə Talıbovanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.