Bank Of Baku

Havanın hərarəti 42°-dək yüksələcək - XƏBƏRDARLIQ

Havanın hərarəti 42°-dək yüksələcək - XƏBƏRDARLIQ
# 10 iyul 2022 14:43 (UTC +04:00)

Bakıda və Abşeron yarımadasında iyulun 11-dən 15-dək havanın maksimal temperaturunun 33-38°, bəzi yerlərdə 40°-dək yüksələcəyi gözlənilir.

APA bildirir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gürşad Məmmədova məlumat verib.

İyulun 12-də şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında isə iyulun 11-dən 15-dək bəzi rayonlarda havanın maksimal temperaturunun 34-39°, bəzi yerlərdə 42°, dağlarda 25-30°-dək yüksələcəyi gözlənilir.

İyulun 12-13-də qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR