Həkim sirrinin hansı hallarda verilə biləcəyi açıqlanıb

Həkim sirrinin hansı hallarda verilə biləcəyi açıqlanıb
# 15 iyul 2022 14:57 (UTC +04:00)

“Həkim sirri vətəndaşın öz vəziyyətini açıqlamaq imkanı olmadıqda, yoluxucu xəStəliklərin yayılması halı olarsa, istintaq tədqiqat orqanlarının rəsmi sorğusu olduqda açıqlana bilər. Hətta bu zaman da əsaslandırma tələb olunur”.

APA xəbər verir ki, bunu TƏBİB-in Hüquq departamentinin koordinatoru Mir Hüseyn Həbibli deyib.

Onun sözlərinə görə, yetkinlik yaşına çatmayanlar haqda məlumatlar onların himayədarlarına verilə bilər:

“Son olaraq, həkim sirri həqiqi hərbi xidmətə çağırış orqanları tərəfindən tələb olunduqda da, bu məlumatlar müvafiq quruma verilir. Həkim sirrinin açılmasına görə də tibb işçiləri məsuliyyət daşıyır. Bu sirrin pozulmasına görə vətəndaşlar mülki qaydada həmin tibb müəssisəsinin yerləşdiyi rayon məhkəməsinə müraciət edərək iddia qaldıra bilərlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR