Bank Of Baku

Hepatit diaqnozu qoyulan uşaqlardan biri evə buraxılıb, digərlərinin müalicəsi davam edir

Hepatit diaqnozu qoyulan uşaqlardan biri evə buraxılıb, digərlərinin müalicəsi davam edir
# 18 noyabr 2023 14:09 (UTC +04:00)

Kəskin virus hepatiti diaqnozu ilə Mingəçevir şəhərindən Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına gətirilən 6 nəfərdən (4-ü oğlan, 2-si qız olmaqla) biri evə buraxılıb.

Bunu APA-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd bildirib. O qeyd edib ki, bir nəfərin vəziyyətində yaxşılaşma müşahidə olunur.

"Digərlərinin vəziyyəti stabil olaraq qalır. Hər birinin müayinə və müalicələri davam etdirilir", - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR