Bank Of Baku

Heyvan sığınacaqlarının yaradılması ilə bağlı qaydalar hazırlana bilər

Heyvan sığınacaqlarının yaradılması ilə bağlı qaydalar hazırlana bilər
# 06 may 2022 16:45 (UTC +04:00)

Heyvanlar üçün sığınacaqların yaradılması ilə bağlı qaydalar işlənməlidir.

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova deyib.

O bildirib ki, sığınacaqların yaradılması və idarə edilməsi üçün qanun layihəsi hazırlanmalıdır.

Şöbə müdiri xatırladıb ki, Azərbaycanda ev heyvanları ilə bağlı Nazirlər Kabinetinin qərarı var və bu qərara uyğun olaraq nəzarət tədbirləri həyata keçirən qurumlar mövcuddur.

Ovçuluq təsərrüfatları ilə bağlı məsələyə də toxunan Aynurə Kərimova ölkədə belə təsərrüfatların sayının on olduğunu deyib: “Onlardan biri respublika, 9-u isə yerli əhəmiyyətlidir. Qanunvericiliyə əsasən, hüquqi statusu saxlanmaq şərti ilə yerli ovçuluq təsərrüfatının istifadəyə və icarəyə götürülməsi mümkündür. Lakin ovçuluq təsərrüfatının istifadəsi zamanı müəyyən tələblər yerinə yetirilməlidir. Dövlət və özəl sektor tərəfdaşlığı haqda qanun hazır olmadığı üçün biz hələlik bu sahədə məhdudiyyətlər yaşayırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR