Bu ilin sonuna qədər Şuşada DOST Agentliyinin filialını açmağı planlaşdırmışıq
APA xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, il sonuna doğru digər filialların da açılması nəzərdə tutulub: "Həmçinin Bərdə şəhərində də regional ofisimiz açılacaq. Bütün bunlar o deməkdir ki, ilin sonuna kimi bir neçə min könüllü iş baxımından təmin olunacaq”.