Bank Of Baku

İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
# 24 iyul 2026 15:24 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün iyul ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

ƏƏSMN-dən APA-ya verilən məlumata görə, fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.

Bildirilib ki, bundan əvvəl iyulun 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, iyulun 22-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin iyul ayı üzrə pensiyaları ödənilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR