Bank Of Baku

Azərbaycanın Müqəddəs Taxt-Tac yanındakı səfiri Acireale yepiskopu ilə görüşüb

Azərbaycanın Müqəddəs Taxt-Tac yanındakı səfiri Acireale yepiskopu ilə görüşüb
# 24 iyul 2026 13:23 (UTC +04:00)

Azərbaycanın Müqəddəs Taxt-Tac yanındakı səfiri İlqar Muxtarov İtaliyanın Acireale şəhərinin yepiskopu, Siciliya Yepiskoplar Konfransının sədri monsenyor Antonino Raspanti ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə səfir “X” hesabında paylaşım edib.

Görüş Acireale Yepiskop Sarayında baş tutub. Səmimi şəraitdə keçirilən görüşdə mədəniyyətlərarası dialoq, xalqlar arasında əməkdaşlıq, sülh və birgəyaşayış dəyərlərinin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər diplomatiya və dini institutların qarşılıqlı hörmətin və dialoqun inkişaf etdirilməsində oynadığı rolu da müzakirə ediblər.

Səfir İlqar Muxtarov Acireale Kafedral Bazilikasını ziyarət edib, kilsənin tarixi, bədii irsi və mənəvi dəyərləri ilə tanış olub. Ona Müqəddəs Venera kapellası, günəş saatı və italyan rəssamı Cüzeppe Şiutinin əsərləri təqdim edilib.

Görüşün sonunda səfir göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, Acireale yeparxiyasının tarixi, mədəni və mənəvi irsini yüksək qiymətləndirdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR